Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndirilib (VİDEO)
Mart 04
10:54
2021
İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün işlər aparılır.
Qlobal.az Baku TV-yə istindən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu üç min metr, eni isə 60 metr olacaq.
Ərazidə hazırda torpaq qatı çıxarılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib.
Yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağının, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur. İşin təşkili maksimum sürətlə davam etdirilir. İlin sonunadək hava limanının istifadəyə verilməsi nəzərdə tutulur.

Bu ilin sonunadək, üç enmə zolağının və aerodrom hissəsinin tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni hava limanı tikildikdən sonra Bakıdan Füzuliyə təxminən 45 dəqiqəyə təyyarə ilə çatmaq mümkün olacaq.