SON XƏBƏR

Füzuli rayon təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunub

Dekabr 13
16:01 2015
Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb.
 
"Report" xəbər verir ki, Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilıir. A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.
 
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon Təhsil Şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə razılaşdırılmaqla rayon icra Hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook