Füzuli istiqamətində mina partladı, əsgərimiz şəhid oldu - Musalı kəndi şəhidinin qarşılayır
Aprel 12
14:15
2019
Qarabağda, qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində şəhid olub.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə, o cümlədən "Vkontakte” sosial şəbəkəsindəki "Hərbi xəbərlər” qrupunda yayılıb.
Faktı Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib. O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin bu gün günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.
Son məlumata görə şəhidin cənazəsi artıq doğulduğu kəndə gətirilib. Kənd əhalisi uşaqdan tutmuş böyüyə qədər şəhidi əllərində bayraqlarla qarşılayıb, dəfn mərasimində yüzlərlə insan iştirak edib.
Müdafiə Nazirliyi bu hadisə barədə hələlik rəsmi məlumat yaymayıb.





