SON XƏBƏR

Məcburi köçkün özünü maşının altına atdı - “Qaçqınkom”da insident

Fevral 02
16:23 2019
Yanvarın 31-də Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qarşısında insident qeydə alınıb.

Hadisə şahidlərinin Azpolitika.info-ya verdiyi məlumata görə, Sumqayıt şəhərində məskunlaşmış Şəhla adında məcburi köçkün özünü "Qaçqınkom”un aparat rəhbəri Eldar Zeynalovun xidməti avtomobilinin altına atıb. Xəsarət alan köçkünü dərhal xəstəxanaya aparıblar.

Deyilənə görə, məcburi köçkün uzun müddətdir ona vəd olunan mənzili ala bilməməsinə etiraz əlaməti olaraq belə bir addım atıb. Bu vəd ona Eldar Zeynalov tərəfindən verilib.

"Qaçqınkom”un mövqeyi əlavə olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook