SON XƏBƏR

Futbol dünyası şokda - Ulduz futbolçu faciəli şəkildə öldü

İyul 03
13:13 2025
Futbol dünyası portuqaliyalı hücumçu Diogo Jotanın qəfil və faciəvi ölümü ilə sarsılıb. 

İngiltərənin "Liverpool” klubunda çıxış edən 28 yaşlı futbolçunun vəfatı azarkeşlər və futbol ictimaiyyəti arasında dərin kədər yaradıb.

Rəsmi məlumatlara görə, Diogo Jota keçirdiyi ağır yol qəzası nəticəsində həyatını itirib. Qəza zamanı baş verən yanğında Jotanın 26 yaşlı qardaşı Andre də onunla birlikdə həlak olub. 

Qeyd edək ki, portuqaliyalı futbolçu Diogo Jota son illərdə Avropa futbolunun diqqət mərkəzində olan oyunçularından biri sayılırdı. Futbol karyerasına Portuqaliyanın "Gondomar” klubunun akademiyasında başlayan Jota daha sonra "Paços de Ferreira” klubunda peşəkar səviyyəyə keçid edib. 2016-cı ildə İspaniyanın "Atletiko Madrid” klubuna transfer olunsa da, burada əsas heyətdə az şans qazanıb. Gənc oyunçu inkişafını davam etdirmək üçün əvvəlcə "Porto”ya icarəyə verilib, daha sonra isə İngiltərənin "Wolverhampton Wanderers” klubuna keçib. Diogo Jota son illərdə "Liverpool” klubunun əsas heyət üzvlərindən biri idi.

"AzPolitika.info" 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook