SON XƏBƏR

Fuad Ələsgərov və Mədət Quliyev MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclasında

Sentyabr 28
23:03 2016
Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası başlayıb.
 
Virtualaz.org-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin adından görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidentin Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində iclasın rolunu qeyd edib.
 
O bildirib ki, bu gün terrorizm, dini ekstremizm və aqressiv separatizm yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdidlər olaraq qalmaqdadır.
 
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda terrorizmə, dini ekstremizm və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizədə xeyli təcrübə toplanılıb, davamlı olaraq müvafiq qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir, hüquq tətbiqi sahəsində ciddi nəticələr əldə edilib.
 
"Bir müddət əvvəl xüsusi xidmət orqanlarımız bəzi təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması məqsədilə bir sıra uğurlu əmliyyat keçirib.
Hesab edirik ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq əlaqələri xüsusi xidmət orqanları qarşısında dayanan məsələlərin həlli zamanı əhəmiyyətli nəticələrə nail olmaq üçün zəmin yaradır" - F.Ələsgərov vurğulayıb.
 
O bildirib ki, MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurəti yaradır.
 
Onun sözlərinə görə, bu cür qarşılıqlı anlaşmaların yaratdığı bütün imkanlardan tam istifadə etmək vacibdir.
 
F.Ələsgərov bugünkü görüşün MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi məsələsində səylərin daha çox birləşdiriləcəyinə şərait yaradacağına ümidvar olduğunu söyləyib.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev ümumi təhlükəsizliyə qarşı təhdidlərin, eləcə də terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınmasında aktuallıq daşıyan məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə konkret töhfə verəcəyinə əminliyini söyləyib.
 
Qeyd olunub ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir.
 
Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, eləcə də tədbirdə qonaq qismində təmsil olunan Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook