"Fu Məzi”nin müəllifi azadlığa buraxıldı
May 07
01:04
2020
Martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla həbs edilən fəal Fuad İsmayılov həbs müddətinin bitməsinə bir gün qalmış azadlığa buraxılıb.
Fuad İsmayılov Arqument.Az-a məlumatı təsdiqləyib.
O bildirib ki, həbsdən bir gün tez buraxılmasının səbəbi jurnalistlərin onu qarşılamaması ilə bağlı olub: "İstəmədilər ki, jurnalistlər gəlib təcridxananın qarşısında qarşılasınlar. Ona görə də sakitcə tez buraxdılar. Hazırda evdəyəm".
Fuad İsmayılov martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə 60 sutka həbs cəzası alıb.
O, saxlanılan zaman özünü təqsirli bilməyib. Bununla yanaşı, üzərindən narkotik tapılması barədə polis bölməsində tərtib edilmiş protokola da imza atmaqdan imtina edib.
Təcridxanada aclıq aksiyası keçirən fəalın səhhətində ciddi problemlər yaranmış və müayinə üçün Daxili İşlər Nazirliyinin Hospitalına aparılmışdı.
Fikrət Cəfərli isə Fuad ismayılovun həbsini seçkidəki aktivliyi ilə əlaqələndirərək, siyasi sifariş adlandırmışdı.
Qeyd edək ki, Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq "Fu Məzi” şüarı yazdığı üçün saxlanılmış, bir neçə saat sonra sərbəst buraxılmışdı.