SON XƏBƏR

FTB xəbər verdi, Almaniyada bioloji silah hazırlayan iki iranlı qardaş həbs edildi

Yanvar 09
13:55 2023
ABŞ Federal Təhqiqatlar Bürosu Almaniya hakimiyyətinə əldəqayırma kimyəvi bombadan istifadə etməklə terror aktı hazırlamaq təhlükəsi barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bild-ə istinadən yazır.

Nəşrin yazdığına görə, FTB-dən alman həmkarlarına bildirilib ki, şübhəli şəxs yeni il ərəfəsində hücum həyata keçirə bilməsi üçün internetdə sianid və risinlə maraqlanıb. Lakin görünür ki, o, kifayət qədər kimyəvi maddələr əldə edə bilməyib.

Xüsusi əməliyyat zamanı xüsusi qoruyucu geyimdə olan hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə araşdırma üçün iranlının yaşayış yerindən mavi rəngli konteynerlərdə olan müəyyən maddələr çıxarıblar. Bir müddət sonra Baş Prokurorluğun Düsseldorf şəhəri üzrə nümayəndəsi jurnalistlərə bildirib ki, heç bir zəhərli maddə aşkar edilməyib.

Robert Kox İnstitutu tərəfindən hazrılanan siyahıda Risin "bioloji silah" kimi qeyd edilib. Sianid də son dərəcə zəhərlidir.

Xatırladaq ki, Almaniyanın Rur bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları İran vətəndaşını və çox güman ki, onun qardaşını risin və sianid zəhərlərindən istifadə nəticəsində çoxlu sayda qurbanlara səbəb ola biləcək terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook