Fransua Olland: "Rusiya Əsəd rejiminə dəstəyini dayandırmalıdır"
Fevral 12
12:30
2016
"Rusiya Bəşşar Əsəd rejiminə dəstəyini dayandırmalıdır".
"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatı Fransa prezidenti Fransua Olland səsləndirib.
"Biz, əmin olmalıyıq ki, Əsəd vəzifəsini tərk edəcək", - deyən Olland, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində Suriyada minlərlə dinc sakinin zərər çəkdiyini vurğulayıb.



