Fransanın "Renault" şirkəti Ukraynada dron istehsal edən zavod açacaq

İyun 09
09:20
2025
Fransanın avtomobil istehsalçısı "Renault" Ukraynada dron istehsal edən zavod açmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Franceinfo" nəşri şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
Fransız avtomobil istehsalçısının nümayəndələri jurnalistlərlə söhbətində Ukrayna hökumətinin onlarla əlaqə saxladığını təsdiqləyiblər.
Bununla belə, hazırda hələ heç bir rəsmi qərarın qəbul olunmadığı da qeyd olunub.