SON XƏBƏR

Fransada xüsusi karantin rejimi mayın 11-dək uzadılıb

Aprel 14
10:20 2020
"Fransada aprelin 15-də başa çatan xüsusi karantin rejimi mayın 11-dək uzadılır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu prezident Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı deyib.

"Biz səylərimizi davam etdirməliyik və qaydalara əməl etməliyik. Buna görə sərt karantin rejimi mayın 11-dək davam etməlidir”, - deyə prezident vurğulayıb.

Makron əlavə edib ki, mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylər açılacaq. "Lakin geniş auditoriyalar tələb edən kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək”.

O, həmçinin ölkədə koronavirusun yayılmasının bir qədər yavaşladığını bildirib: "Birgə səylərimiz sayəsində Fransada epidemiyanın tempi azalmağa başlayır. Ölkəmizin qeyri-Avropa ölkələri ilə sərhədləri yeni bir nizama qədər bağlı qalacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook