Fransada meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı aşkarlandı
Yanvar 07
12:58
2025
Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinin klade 1b adlı yeni ştammı ilə ilk yoluxma hadisəsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Frans-Presse” agentliyi məlumat yayıb.
"Fransa Əmək və Səhiyyə Nazirliyi Brittani bölgəsində meymunçiçəyinin klade 1b variantı ilə insanda ilk yoluxma hadisəsi haqqında məlumat alıb", deyə məlumatda qeyd edilib.
Nazirliyin məlumatına görə, ilk yoluxmuş fransız Mərkəzi Afrikaya getməyib, lakin oradan qayıdan iki nəfərlə əlaqə saxlayıb. Hazırda infeksiya mənbəyinin müəyyən edilməsi və onlarla təmasda olanların hamısının müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Yayda Konqo Demokratik Respublikasında klade 1b ştammının yayılması baş verib. Virus titrəmə, qızdırma, səpgi və digər dəri lezyonlarına səbəb olur və dəridən dəriyə təmas yolu ilə ötürülür. Payızda meymunçiçəyinin ağır ştammına ilk yoluxma halı Böyük Britaniya, Hindistan, ABŞ, Almaniya və digər ölkələrdə qeydə alınıb.