Fransada İslamla bağlı görünməmiş radikal layihə irəli sürüldü
Yanvar 30
10:44
2021
Fransada hicab taxmağı qadağan etmək təklif edilib.
Qaynarinfo xəbər verir ki, Mari Le Penin rəhbərlik etdiyi Milli Birlik Partiyası çox sərt şəkildə İslam ideologiyasına qarşı çıxıb.
Xanım Le Penin tərəfdarları tərəfindən təqdim olunan qanun layihəsində filmlərdə və televiziyalarda İslamla əlaqəli hər şeyin nümayiş olunmasının qadağan edilməsi, həmçinin kitab və jurnallardan da bu ideologiya ilə bağlı bütün xatırlatmaların silinməsi fikri irəli sürülüb. Eləcə də, layihəyə görə, istənilən İslam təşkilatı ləğv edlməli, ibadət yerləri qadağan olunmalıdır.
Xatıladaq ki, keçən ilin oktyabr ayında Parisin ətrafında islamçı bir şəxsin müəllim Samuel Patini öldürməsindən sonra Fransa prezidenti Emmanuel Makron radikal İslam hərəkatlarının tərəfdarlarına qarşı mübarizəni gücləndirəcəyinə söz verib və bu yöndə çox radikal addımlar atıb, çıxışlar edib. Bu, vəziyyəti daha da gərginləşdirib.