Fransada fermerlər yenidən etiraz aksiyası keçirərək şəhərləri aclıqla hədələyirlər
Noyabr 05
02:06
2024
Fransa Fermerlərinin Həmkarlar İttifaqı CR47 Beşinci respublikanın səlahiyyətlilərinin hərəkətsiz qalmağa davam edəcəkləri təqdirsə, ölkədə məhsul tədarükünü maneə törətməklə hədələyir.
Bu barədə "Report” "France Press”ə istinadən xəbər verir.
CR47 Fransanın cənub-qərbindəki fermerlərin kütləvi dəstəyinə ümid edir.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı G20 sammitində Cənubi Amerika ölkələrinin birləşmiş bazarı olan MERCOSUR ilə ticarət sazişi bağlayarsa, fransız fermerləri yeni etiraz aksiyalarına başlamağa hazırdır.