Aprelin ilk günlərində Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı hadisələr
Avropa ölkələrinin çoxunda, xüsusən də Fransa cəmiyyətində böyük həyəcan yaradıb.
Baş verən hadisələrin gedişi, səbəbləri və nəticələri Fransa ictimai- siyas mühitində
və Fransa mediasında geniş işıqlandırılır.
Ənənəvi olaraq media orqanları vasitəsilə
manipulyasiya etməyə və dezinformasiyalar yaymağa müvəffəq olan ermənilər və ermənipərəst
qüvvələr bu dəfə çətinliyə düşüblər.
Azərbaycan
həqiqətləri və xüsusilə, Dağlıq Qarabağ hadisələri
haqqında Fransa cəmiyyətində getdikcə daha çox yer alan obyektiv məlumatlar Fransada
yaşayan erməni diasporasını rahatsız etməyə başlayıb.
Frans ateleviziya kanallarında
və mətbuatın da regiondakı reallıqları düzgün əksetdirən və Azərbaycanın mövqeyini
dəstəkləyən hər hansı bir məlumat dərhal ermənilər tərəfindən etirazla qarşılanır.
Bu
günlərdə Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini mətbuatda açıqlamaq
istəyən fransalı politoloq Didye Şodenin kiçik həcmli məqalələri bir çox
redaksiyalarda işləyən erməni jurnalistlər tərəfindən əsl senzuraya məruz qalıb
və onun məqalələrini yaymaqdan imtina ediblər.
Nəhayət,
söz azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək cənab Şodenin məqalələrini
öz səhifələrində yerləşdirmiş «Reforme» analitik xəbər portalı isə çoxsaylı ermənilər
tərəfindən amansız təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, redaksiya
rəhbərliyi müəllifdən üzr istəyərək məqalələri öz saytından çıxarmaq istəyib.
Lakin müəllif Didye Şodenin təkidli xahişlərindən sonra redaksiya onun məqalələrini
öz saytında saxlamaq qərarına gəlib.
P.S. Bu
barədə məlumat verən Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası
dostluq qrupunun üzvü Cavanşir Feyziyev həmin məqalələrin tərcüməsini təqdim
edib və aşağıda həmin məqalələrin mətnini oxucularımıza təqdim edirik. Fransız və
ingilis dillərini bilən oxucularımızdan [email protected] və [email protected] ünvanlarına
yazmaqla məqalələrdə ifadə olunan fikirlərə münasibətini və
müəllif Didye Şode-yə ( Mr Didier Chaudet ) öz təşəkkürlərini bildirməyi xahiş
edirik.
***
İpək Yolu üzərində geopolitika
16 aprel 2016-cı il
Müəllif:Didye
Şode (Didier Chaudet)
Dağlıq Qarabağ: Rusların məsuliyyəti varmı?
Ötən dəfə ermənilərlə
azərbaycanlılar arasındakı Dağlıq Qarabağ ilə bağlı durumu xatırlatmışdıq.
Hazırkı gərginliklərə görə Rusiyanın məsuliyyət daşıdığını düşünmək olarmı?
Əlbəttə,
primitiv russofobiyaya qapılmağa gərək yoxdur. Aprelin 7-də Baş Nazir
Medvedyevin Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsi üçün
Rusiyanın vasitəçilik etməyə hazır olduğunu söyləməsi , hər şeydən öncə,
münaqişənin həlli üçün cəhdlər göstərən üç böyük güc sırasında Fransa və
ABŞ-a nisbətən Rusiyadan gözləntilərin
daha böyük olması ilə bağlıdır. Keçmiş müstəmləkəçi kimi onun onun tarixi əlaqələri
və orada adamları var.
Dağlıq Qarabağ
dosyesi həm də ruslar üçün, bu məsələdə zaman-zaman aktivləşərək Qərb ilə
münasibətlərdə xoşməramlılıq nümayiş etdirmək imkanıdır. Axı, bir məsələ var
ki, biz hamımız o barədə razılığa gəlirik: Cənubi Qafqazda yeni müharibə
narahatlıq doğuran qeyri-sabitlik mənbəyi ola bilər. Avropa üçün bu onun
qapıları ağzında baş verən ikinci qeyri-stabil region deməkdir. Ruisya üçün isə
bu onun cənub sərhədlərində yerşləən və daim Moskvaya qarşı qiyamçı ruhunu
qoruyan Şimalı Qafqaza çox yaxın olan qeyri-sabitlik ocağının yaranması deməkdir.
Eyni zamanda
rusofobiyaya qapılmamaq, kor olmaq və
uzun illərdən bəri Rusiyanın hiyləgərliklərini görməmək anlamına gəlməməlidir. Moskva regiondakı öz təsirini qorumaq üçün
ermənilər və azərbaycanlılar arasındakı düşmənçilikdən yaralanır. Kreml Rusiyanın rəğbətini qazanmağa
çalışan Bakıya çox yaxşı məbləğə silahlar satır. Və eyni zamanda azərbaycanlılar
düşünür ki, ermənilər onlara qalib gələ bilmək üçün son dərəcə güclü silahlar əldə
edirlər…
Əlbəttə
Rusiyanın Ermənistana və Dağlıq Qarabağa yardımı da təmənnasız deyil.5000 rus əsgəri
və o cümlədən, yüksək səviyyəli müasir
hücum silahları (hücum helikopterləri, qırıcı təyyarələr və s.) Ermənistanda
yerləşdirilmişdir. 2015-ci ildə Yerevan Rusiya ilə Azərbaycana, Gürcüstana və həmçinin
Türkiyəyə qarşı hücum niyyəti ilə istifadə edilə biləcək regional havadan
müdafiə sisteminin qurulması ilə bağlı saziş imzalamışdır. Şübhəsiz, ruslar Cənubi
Qafqazda sülh olmasını istəyirlər. Amma həm də regionda öz təsirini qoruyub
saxlamağı daha çox istəyirlər.
Qlobal.az