SON XƏBƏR

Fransada bir həftədə üç məscid bağlanıb

Dekabr 03
16:59 2015
Fransa hökuməti son bir həftə ərzində ölkənin müxtəlif regionlarında ekstremist ideyalar yaymaqda şübhəli saydığı üç məscidin bağlanmasına qərar verib.
 
Qlobalinfo.az "Report"-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Bernar Kaznöv verib.
 
"Bu gün səhər saat 05:30-dan Lanyi sur Marn şəhərindəki məsciddə genişmiqyaslı əməliyyat-axtarış işləri aparılıb. Məscid bağlanılıb", - nazir bildirib. DİN rəhbərinin verdiyi məlumata görə, əməliyyat nəticəsində Lanyidə 22 nəfərə Fransadan çıxmaq qadağan edilib, 9 nəfər radikal dindara isə "ev dustaqlığı" cəzası kəsilib. Bundan əlavə, məscidin ruhaniləri ilə bağlı olan şəxslərdən birinin evində axtarış zamanı 9 mm kalibrli revolver tapılıb. Həmin şəxs dərhal müvəqqəti saxlama məntəqəsinə göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook