SON XƏBƏR

Fransada azərbaycanlı pianoçunun adına müsabiqə

Mart 04
17:15 2016
Martın 7-12-də Fransanın Annemas şəhərində bu ölkədə yaşayan həmyerlimiz Adilə Əliyevanın adına pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçiriləcək. Adilə Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş münsiflər heyətində bəstəkar Rodion Şedrin, "Dofine Libero" qəzetinin baş redaktoru Katrin Ponse, Tokio və Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, "Deutsche Gramophone” səsyazma studiyasının direktoru Mixael Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrının baş direktoru Joanna Vnuk Nazarava yer alır.
 
Azərtac xəbər verir ki, Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirardır.
 
Müsabiqənin qalibi üçün 15 min avro məbləğində pul mükafatı nəzərdə tutulur. Bundan əlavə, müsabiqədə ilk yerləri tutanlara müsabiqə zamanı çəkilmiş kadrların yer aldığı film hədiyyə olunacaq və Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılacaq.
 
Qeyd edək ki, Azərbaycanın Əməkdar Artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına hər iki ildən bir müsabiqə keçirilir. Hazırda Fransada yaşayan musiqiçi Bakıda anadan olub. Bir müddət sonra Moskvaya köçərək orada Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. İyirmi beş ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook