Fransada azərbaycanlı fotoqrafların sərgisi açılıb
Fevral 10
08:12
2021
Fransanın paytaxtı Parisdə azərbaycanlı fotoqrafların "İnsanlar, şəhərlər, zaman” adlı sərgisi açılıb.
"Report”un Fransa bürosu xəbər verir ki, sərgi Azərbaycanın tanınmış heykəltəraşı və Əməkdar rəssamı Elmira Hüseynovanın xatirəsinə həsr olunub.
Sərgidə azərbaycanlı fotoqrafların müxtəlif dövrlər arasında əlaqəni əks etdirən əsərləri yer alıb. Qeyd edək ki, sərgidə peşəkar fotoqraf Maya Bağırovanın da əsərləri nümayiş olunur.