SON XƏBƏR

Fransada AstraZeneca peyvəndindən sonra səkkiz nəfər öldü

Aprel 17
13:43 2021
Fransada İngiltərə-İsveç şirkəti "AstraZeneca”nın "Vaxzervia” koronavirus peyvəndindən sonra tromboz səbəbiylə səkkiz nəfər dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Milli Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) bildirilib.

ANSM qeyd edir ki, 8 aprel tarixinə qədər Fransada "Vaxzervia” ilə 2.72 milyon peyvənd vurulub. Peyvənd kampaniyası başlayandan bəri bu dərmanı istifadə etdikdən sonra ölkədə 23 tromboz hadisəsi olub. Onlardan səkkizi ölümlə nəticələnib.

Qeyd olunur ki, Fransada dərman şirkəti "AstraZeneca” yalnız 55 yaşdan yuxarı insanlar üçün peyvənd kimi təsdiqlənib.

Aprel ayında Avropa Dərman Agentliyinin (EMA) sözçüsü Marko Kavaleri "AstraZeneca” peyvəndi ilə tromboz arasındakı əlaqəni təsdiqləyib. Eyni zamanda, EMA peyvəndin faydalarının risklərdən daha çox olduğunu qeyd edib.

"AstraZeneca” özü qan laxtalanmasına məhz peyvəndin səbəb olmasına dair dəlil olmadığını açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook