Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə gedib

Aprel 28
12:44
2023
İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.
"Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir.
Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - fransalı nazir qeyd edib.