Fransa Xarici İşlər Nazirliyi vətəndaşlara İranı tərk etməyi tövsiyə edib
Oktyabr 08
10:39
2022
Fransa Xarici İşlər Nazirliyi İrandakı vətəndaşları mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
APA xəbər verir ki,bu barədə məlumat Fransa XİN-in yaydığı bəyanatda yer alıb.
"İranda tranzit keçən Fransa vətəndaşlarından özbaşına saxlanma risklərini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri xahiş olunur”.
Nazirlik bildirir ki, İrandakı Fransa vətəndaşları həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər.