SON XƏBƏR

Fransa Ukraynaya “təhlükəsizlik zəmanəti” verməyə hazırdır

Aprel 20
10:18 2022
Fransa müharibə başa çatdıqdan sonra Ukraynaya lazımi təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidentinin nümayəndəsi bildirib.

Zəmanətə Almaniya, İtaliya və Türkiyə kimi digər ölkələrin mümkün iştirakı ilə hərbi texnikanın tədarükü daxildir.

Aprelin 19-da Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkənin Rusiya qazına ehtiyacı yoxdur və Paris işğalçıya qarşı enerji embarqosunu dəstəkləyir.

Qeyd edək ki, prezident Volodimir Zelenski Rusiya ilə iki sənədin imzalanmasını istəyir. Onlardan biri Ukraynanın təhlükəsizliyinə zəmanət, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır: "Düşünürəm ki, bu, iki fərqli sənəd ola bilər. Biri təhlükəsizlik zəmanətinə hazır olan ölkələrin təhlükəsizlik zəmanəti ilə bağlı və Rusiya ilə sülh sazişi".

Onun sözlərinə görə, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirir. Lakin hələ də heç kimdən yekun cavab yoxdur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook