SON XƏBƏR

Fransa şokda: İraq məhkəməsi iki Fransa vətəndaşını edam cəzasına məhkum etdi

İyun 03
01:11 2019
İraq məhkəməsi iki nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.

İŞİD terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər. Məhkəmə zamanı dindirilən şahidlər bu adamları tanıyıb və onların cinayət törətdiklərini təsdiq ediblər.

İraq qanunlarına görə terrorçuluqla məşğul olan adamlar edam cəzasına məhkum olurlar. Fransalılar nəinki terrorçuluqla, eyni zamanda soyğunçuluqla, qarətdə, qətldə, zorlamada və başqa cinayətlərdə ittiham ediliblər. Məhkəmə onların günahını tam sübuta yetirib.

Fransa rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook