Fransa Şengen islahatlarına başlamaq niyyətindədir
							Dekabr 10
									
										08:31
										2021
									
								"Rəsmi Paris Şengen zonası qaydalarını dəyişmək niyyətindədir”. "Report” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ölkənin 2022-ci ilin yanvarında başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinə həsr olunmuş mətbuat konfransında bildirib.
Fransa lideri deyib ki, birinci istiqamət Şengen zonasının siyasi idarə olunmasıdır ki, bunun üçün Aİ-nin xarici sərhədlərində nəzarəti gücləndirmək və onların mühafizəsini təmin etmək üçün xüsusi təşkilat yaradılacaq. Onun sözlərinə görə, bununla bağlı müvafiq nazirlərin görüşləri də keçiriləcək.

				
				
				
				
				
				

