SON XƏBƏR

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

Fevral 04
09:29 2025
Fransa Seneqaldan öz qoşunlarını çıxarmağa başlayıb. "Report"un "Senego" portalına istinadən məlumatına görə, "Mareşal”, "Sent-Ekzüperi” və "Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən bildirir ki, fransız hərbi kontingenti sentyabr ayınadək Seneqalı tam şəkildə tərk etməlidir.

Daha əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkəsi xarici dövlətlərlə hərbi əməkdaşlığın yeni doktrinasına keçəcək və bu doktrina 2025-ci ildən etibarən onların Seneqal ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook