Fransa Rusiyanın hesablarını dondurdu
Aprel 11
11:24
2016
Fransada Rusiyanın şirkətlərinə aid 700 milyon dollarlıq hesablar həbs edilib.
Ölkə.az xəbər verir ki, Fransa məhkəməsi Roskosmosun 700 milyon dollarlıq hesabına həbs qoyulması barədə hökm çıxarıb.
Fransa məhkəməsi bu qərarı YUKOS şirkətinin keçmiş səhmdarlarının Rusiyaya qarşı qaldırdığı iddia əsasında verib.
Xatırladırıq ki, bu məbləğlə birlikdə Rusiyanın Fransada həbs olunmuş vəsaitlərinin ümumi məbləği 1 milyard dolları keçib.
Qlobal.az



