Fransa prezidentliyinə namizəd Xankəndinə gizli səfər etdi
Dekabr 22
23:59
2021
Bu günlərdə Ermənistanda olan Fransa prezidentliyinə namizəd, Paris İle-de-Frans bölgəsinin rəhbəri Valeri Pekress Qarabağa gizli səfər edib. Bu barədə "France Télévisions"-ın jurnalisti və siyasi şərhçisi Julien Neni Twitter-də məlumat verib.
Neni yazıb ki, Valeri Pekress bu gün Xankəndinə gedib, orada "yerli siyasətçilərlə" tanış olub.



