SON XƏBƏR

Fransa parlamenti fövqəladə vəziyyətin müddətini uzadıb

Fevral 17
13:06 2016
Fransa Milli Assambleyasında 212 səs lehinə, 31 səs əleyhinə və 3 səs bitərəf olmaqla ölkədə fövqəladə vəziyyətin mayın 26-dək uzadılması ilə bağlı qərar qəbul edilib.
 
Xatırladaq ki, noyabrın 13-də Paris və Sən Denidə baş verən terror aktlarından sonra Fransada elan olunmuş fövqəladə vəziyyətin müddəti ilə bağlı ölkədə siyasi partiyalar çərçivəsində narazılıqlar hökm sürür. Əhali hökumətin fövqəladə vəziyyətdən istifadə edərək insan azadlıqlarını pozduğunu bildirir.
 
AZƏRTAC



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook