Fransa "Google" və "Facebook"u məhkəməyə verəcək
Mart 14
16:08
2018
Fransa "Google" və "Facebook"u məhkəməyə verməyə hazırlaşır.
Qaynarinfo "Euronews"a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Bruno Le Maire məlumat verib. O, qərarın səbəbi kimi bu şirkətlərin milli start-up layihələrə "təhqiramiz biznes aktları"nı göstərib.
Bildirilir ki, Fransanın "Google" və "Facebook"a tətbiq edəcəyi sanksiyalar milyonlarla avro dəyərində olacaq.