SON XƏBƏR

Fransa Ermənistana yeni silahlar verir

İyun 19
11:05 2024
"İrəvan və Paris Fransanın CAESAR özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar”.

"AzPolitika” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornyu X sosial şəbəkəsində bildirib.

O, bildirib ki, həmkarı Suren Papikyanla CAESAR toplarının satışı ilə bağlı müqavilə imzalayıb.

CAESAR - zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi KNDS Fransa-Almaniya müdafiə konserni ilə də əməkdaşlıq müqaviləsi imzalayıb. Sazişin təfərrüatları açıqlanmır.

Xatırladaq ki, rəsmi Bakı Fransanın və digər ölkələrin Ermənistanı silahlandırmasına sərt etirazlarını bildirib. Bu ilin aprelin 23-də president İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook