Fransa ECOWAS-ın arxasında gizlənərək Nigerə hücum etmək istəyir
Avqust 28
09:25
2023
Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) regional ittifaqı adı altında fəaliyyət göstərərək Nigerə qarşı hücum etmək niyyətindədir.
"ECOWAS özü region ölkələrindəki ictimai rəyin, ənənəvi liderlərin, müsəlman ilahiyyatçıların təzyiqi, habelə maddi-texniki problemlər və maliyyə çatışmazlığı səbəbindən (Nigeri işğal etmək) qərarını verməyə tələsmir”, - o qeyd edib.
"Lakin bəzi qüvvələr regional təşkilat adı altında hərəkət edərək Nigerə hücum etmək niyyətindədir. Söhbət yardıma hazır olduğunu iddia edən Fransadan gedir.
Nigerdə Fransanın 1500, Çad, Seneqal və Fil Dişi Sahilində isə daha çox əsgəri var. Nigerdəki yeni səlahiyyətlilər ötən cümə günü Fransanın Niameydəki səfirinin 48 saat ərzində ölkədən çıxmasını tələb etdi", - Abdurahman Şehu vurğulayıb.