Fransa Aİ-nin strateji müstəqilliyinin gücləndirilməsini zəruri hesab edir
İyul 02
12:22
2022
Fransa Avropa İttifaqının (Aİ) siyasət və iqtisadiyyatın əsas sahələrində strateji müstəqilliyinin gücləndirilməsini zəruri hesab edir.
"Avropa İttifaqı kritik xammal, yarımkeçiricilər, səhiyyə və qida sahələrində strateji müstəqilliyini gücləndirməlidir. Birliyin dünyada yerini möhkəmləndirəcək bu yeni siyasi istiqaməti yaxın illərdə Avropanın səylərinin mərkəzində olacaq”, - sənəddə deyilir.
Memorandumda xüsusilə qeyd olunur ki, Avropa İttifaqı ölkələri qazın birgə alınması mexanizminin yaradılması üzərində işləyəcək və bu, enerji sektorunda icmanın müstəqilliyini gücləndirəcək.