SON XƏBƏR

Fransa Aİ-də Rusiya qazının ən böyük alıcısına çevrildi

Aprel 18
15:48 2024
Fevralda Fransa Avropa ölkələri arasında Rusiya qazının əsas alıcısına çevrilərək Macarıstanı ikinci yerə sıxışdırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti "Eurostat” məlumatlarına istinadən məlumat yayıb. 

Rusiya dövlət agentliyinin hesablamalarına görə, qışın sonunda Fransa Rusiyadan 322,3 milyon avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alıb. Nəticədə Fransa Avropa İttifaqında Rusiya qazının əsas idxalçısı olub. O, sonuncu dəfə 2023-cü ilin noyabrında LNG alışında lider olub.

Fevralda Macarıstan mayeləşdirilmiş təbii qazın idxalını 210 milyon avroya qədər azaldıb. Rusiya LNG alışında üçüncü yerdə 118,3 milyon avro dəyərində idxalla İspaniyadır. Rusiyadan fevral ayında ən çox qaz alışını artıran Yunanıstan olub – alışı 7,8 dəfə artıraraq 110,4 milyon avro ödəniş edib. Finlandiya və İsveç alışlarını iki dəfə artıraraq, müvafiq olaraq 6,6 milyon avroya və 4,7 milyon avroya çatdırıb. Ümumilikdə, Aİ ölkələri fevralda Rusiyadan 1,1 milyard avro dəyərində qaz alıb ki, bunun da 619,4 milyon avrosu LNG, 493,3 milyon avrosu isə boru kəməri qazı olub.

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan qalıq yanacaq tədarükünü tamamilə dayandırmağı planlaşdırır. Aİ ölkələri 2025-ci ilə qədər Ukrayna qazının tranzitindən imtina etməyi planlaşdırır. Mart ayında Aİ-nin energetika nazirləri qaz istehlakının könüllü azaldılması müddətinin bir il - 2025-ci il martın 31-dək uzadılmasını dəstəkləyiblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook