SON XƏBƏR

Firudin Qurbansoy: ""Uçan boşqab"ları düzəldən azərbaycanlıdır"

Fevral 14
09:42 2020
Sosial şəbəkələrdə Bakıda uçan boşqaba bənzəyən naməlum obyektin fotosu yayılıb.

Məlumata görə, şəkil paytaxtın Əhmədli qəsəbəsində yaşayan şəxs tərəfindən çəkilib. İnsanların əksəriyyəti bu görüntünün hava şəraiti ilə əlaqədar göydə işığın sınması nəticəsində yarandığını deyir. Digər bir kəsim isə bunun əksinə inanır.

Məlumdur ki, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, son zamanlar dünyanın bir çox yerlərində bu cür "uçan boşqab” gördüyünü iddia edənlər var. Hətta şəxslər iddialarını foto və video ilə təsdiqləməyə də çalışırlar. Mütəxəssislər isə məsələ bir qədər fərqli yanaşırlar. Onların fikrincə, bu əşyalar yadplanetlilərin hava nəqliyyatı yox, casus-təyyarələrdir, bir ölkədən digərinə göndərilir.

Cebhe.info-ya açıqlamasında astroloq Firudin Qurbansoy "uçan boşqab”ların olduğunu, ancaq onların Azərbaycanda istehsal edilmədiyini deyib:

"Əlbəttə, "uçan boşqab” var. Bu boşqablar 40-cı illərdə tətbiq olunmuşdu, hətta Almaniyada "uçan boşqab”lar düzəldilmişdi. Hazırda Moskvanın gizli laboratoriyalarında "uçan boşqab”lar düzəldirlər. Bunu düzəldən bir azərbaycanlıdır. Uzun müddət bu laboratoriyalarda işlədiblər. Bir müddət əvvəl həmin şəxs Bakıya gəlmişdi, mən həmin adamla şəxsən söhbət eləmişəm, o mənə bunu təsdiqləyən məktublar göstərib. Sizə dediyim çox şəxsi bir məlumatdır. Həmin şəxsin adının hallanmaması onun üçün daha yaxşıdır. Hətta o, bizə bunu Azərbaycanda düzəltmək istədiyini dedi, mən onu bir deputatın yanına apardım. Professor idi, böyük bir idarənin direktoru idi, amma birinci sualı o oldu ki, sizin təhsiliniz nədir? Həmin şəxs cavab olaraq bildirdi ki, texnikum bitirib. Deputat ironik davranaraq texnikum bitirdiyi üçün "get işinlə məşğul ol” tərzində davrandı. Bu, mənə çox təsir elədi, çünki o, istəsəydi, bunu edə bilərdi. Həmin şəxs də yenidən Moskvaya qayıtdı. Baxmayaraq ki, Azərbaycanda "uçan boşqab” istehsal olunmur, lakin müşahidə etmək mümkündür. Ola bilər ki, başqa ölkədən gəlsin. Bu, birinci hadisə deyil, iki il əvvəl də belə bir şəkil çəkmişdilər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook