Finlandiyanın XİN başçısı Trampı Rusiyaya qarşı sanksiyalara dəstək verməyə çağırıb
 
							İyul 01
									
										08:38
										2025
									
								
									
									
									
									
									
									
Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı Senatın təşəbbüsünü dəstəkləməyə çağırıb.
	
	
	Nazirin sözlərinə görə, Ukrayna üçün ədalətli sülhü təmin etmək üçün Rusiyaya təzyiqlər davam etməlidir.									
								
									
									
									
							
									
								
								
  
							 
						APA xəbər verir ki, Valtonen bu barədə "X" hesabında paylaşım edib.
O, qeyd edib ki, sanksiya təzyiqi tədricən Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirəcək mərhələyə yaxınlaşdırır.

 
				 
				 
				 
				 
				 
				

