SON XƏBƏR

Filippinin prezidenti: Allahın varlığını sübut edin istefa verim

İyul 07
11:52 2018
Filippinin Prezidenti Rodriqo Duterte kimsə Allahın varlığını ona sübut etsə, istefaya getməyə söz verib.

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Onun sözlərinə görə, bir şahidin və insanın Tanrı ilə danışa biləcəyini sübut edən fotoşəkilin olması ona kifayətdir.

R.Duterte eyni zamanda kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etməyib.

Xatırladaq ki, ötən həftə Filippinin prezidenti əksəriyyəti katoliklər təşkil edən həmvətənlilərini şoka salaraq Allahı təhqir edən ifadələr işlətmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook