Filip Riker və Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib
Sentyabr 09
16:22
2022
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Ermənistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Filip Riker və Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən Qarabağı müzakirə ediblər.
APA "Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Filip Riker və Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən Qarabağı müzakirə ediblər.
Qeyd edək ki, Filip Rikerin Ermənistana səfəri sabah başa çatır.



