Fikrət Məmmədov və Ramiz Rzayev yola salınır?
Oktyabr 24
21:52
2022
Məhkəmə-hüquq sistemində yeni mərhələ başlaya bilər…
Yaxın zamanlarda Azərbaycanın məhkəmə-hüquq sistemində yeni mərhələ başlaya bilər.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən verilən xəbərdə deyilir.
Xəbərə görə, ölkə vətəndaşlarının məhkəmə-hüquq sisteminə ictimai etimadını itirən üç əsas şəxs – Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev öz postlarından kənarlaşdırılacaq.
Sirr deyil ki, Azərbaycanın beynəlxalq imicinin zədələnməsndə adıçəkilən şəxslərin rolu böyük olub.
Görünür, bu məsələdə əsas məsul olan bu şəxsləri kənarlaşdırmaqla -hökumət yeni mərhələ başlatmaq niyyətindədir.
Bu şəxslərdən yalnız Fikrət Məmmədovun Prezident Administrasiyasında kiçik vəzifə ilə təyin olunacağı deyilir.
Qlobal.az



