SON XƏBƏR

FİFA Rusiyada daha çox qazanacaq

İyun 14
01:03 2018
Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı Beynəlxalq Futbol Federasiyasına (FİFA) 6,1 milyard dollar qazandıracaq
 
Teleqraf.com xəbər verir ki, bu barədə "Nyu York Tayms” qəzeti məlumat yayıb.

FİFA ilkin proqnozlaşdırılan məbləğdən 10% daha çox qazanacaq. Təşkilat yayımlardan 3, sponsorlardan 1,65 milyard əldə edəcək. 160 milyon isə video-oyun qurucusu olan "Electronic Arts” şirkəti FİFA-ya ödəyəcək.

Qeyd edək ki, FİFA 2006-cı ildə Almaniyada 1,9 milyard, 2010-cu ildə Cənubi Afrika Resublikasında 3,9 milyard və 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında isə 4,8 milyard dollar qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook