FIFA-2025: "Çelsi" nə qədər qazandı? (MƏBLƏĞ/VİDEO)

İyul 14
10:31
2025
Klublararası dünya çempionatının qalibi olan "Çelsi"nin qazancı açıqlanıb.
Qlobal.az xəbər verir ki, komanda turnirdə ümumilikdə 114,6 milyon dollar gəlir əldə edib.
Qeyd edək ki, "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Qollarla Kol Palmer (22-30) və Joao Pedro (43) imza atıb. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.