SON XƏBƏR

FHN-nin sabiq idarə rəisi 3 milyon manatlıq 3 mərtəbəli obyekt tikdirib

Dekabr 14
19:53 2025
Fövqəladə Hallar Nazirliyində İnfrastrukturun İnkişafi Baş idarəsində sabiq idarə rəisi Mehrac Əliyev Binəqədi rayonunda 3 mərtəbəli obyekt tikdirib. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, sabiq idarə rəisinin obyekti Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, giriş 136 ünvanında yerləşir. 
 
1100 kvadrat metrə yaxın olan obyektin təxminən 3 milyon manat civarındadır. 
 

 
Qeyd edək ki, Mehrac Əliyev 2007- 2015-ci illərdə Fövqəladə Hallar Nazirliyində İnfrastrukturun İnkişafi Baş idarəsində idarə rəisi vəzifəsində çalışıb.
 
M.Əliyev 1994-1996-cı illərdə Naxçıvan MR Ordubad rayonu İcra Hakimiyyətinin Başçısı, 1997-cı ildən 21 iyun 2000-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş idarə rəisi, 21 iyun 2000-ci ildən 16 noyabr 2004-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi və Karantini idarəsində rəis vəzifəsində işləyib.
 
M.Əliyev hazırda "Tusi” Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədr müavinidir.
 
Cahandar Laçınlı
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook