SON XƏBƏR

FHN-nin qalmaqallı polkovnikini ev dustaqlığına buraxmaq istəyirlər?

Yanvar 25
11:10 2023
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin imicinə ağır zərbə vuran Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevi ev dustaqlığına buraxmaq istəyirlər?

Ötən ilin ən qalmaqallı hadisələrindən biri və bəlkə də birincisinin baş qəhrəmanı yəqinki öz dəsti-xətti ilə intim görüntülərini çəkib yayılmasına özünün baiskar olduğu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev oldu. Onun bu qalmaqallı, daha dəqiq desək, öz qazdığı quyuya özünün də düşdüyü məlum hadisənin ictimai təsir effekti, hətta az qala Paşinyanın Rusiyaya kələk gəlməsi cəhdi hadisələrini də üstələmişdi.
 


Qlobal.az xəbər verir ki, mövzu ilə bağlı «Təzadlar»a məktub ünvanlanıb:

«Hörmətli redaksiya! Ötən ilin avqustunda FHN-nin yüksək rütbəli zabitinin xoşagəlməz hərəkəti ilə bağlı videolar üzə çıxdı. Bu videolar şantaj deyildi, elə polkovnik Zaur Mirzəyev tərəfindən öz xidməti otağında-kabinetində çəkilmişdi. Rəsmi xəbərlərdə də deyilirdi: «Bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.  Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. Xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər apararaq, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir».

Beləliklə, intim videoları yayılan FHN polkovnikinin istintaqı 3 dekabr 2022-ci ildə yekunlaşdı, 2 qadın zərərçəkmiş qismində tanındı. Yenə də rəsmi məlumatlarda deyilirdi: «…Zaur Mirzəyevin cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb. Zaur Mirzəyev 2013-cü ildən xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdırıb. İş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Həmin pornoqrafik materiallar 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılıb. Onun barəsində Cinayət Məcəlləsinin "Şəxsi həyatın toxunulmazlığını pozma”, "Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma” və "Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham elan edilib».

Nəhayət, 14 dekabr 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmənin ilk  iclası başladı. Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildi, məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edildi. Bəli, məhkəmənin qərarı ilə baxış iclasları qapalı keçirilir. Olsun! Lakin artıq nazirlikdə söhbət var ki, məhkəmə zərərçəkmişlərin bu «hadisələrdə» könüllü iştirakını nəzərə alaraq Zaur Mirzəyevə bəraət vermək istəyir. Bu addım ona hesablanıb ki, guya bununla da FHN-nin imicinə vurulmuş zərbə xeyli kompensasiya ediləcək. Hətta söhbət gəzir ki, guya həmin çəkilişlər Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisinin kabinetində olmayıb, sadəcə, buna oxşar başqa məkanda cərəyan edib və s. Çox istərdik ki, jurnalist olaraq bu məsələni nəzarətə götürəsiniz. Əgər məhkəmənin qərarında yuxarıda qeyd edilənlər öz əksini taparsa, onda belə çıxır ki, kimin adamı və pulu varsa, istədiyi əməli törədə, məhkəmədə ona istədiyi adı verdirə bilər?!».

Mənbə: Təzadlar.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook