FHN-nin idarəsi nədə ittiham edilir?
Avqust 19
19:00
2024
Mərkəzi Bank Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi barəsində inzibati iş başlayıb.
Qaynarinfo xəbər verir ki, idarəyə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddə ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Şəhla Süleymanova iş üzrə hakim təyin edilib.
430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

Bu maddədə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Qlobal.az