FHN itkin düşən neftçilərin axtarışını davam etdirir
Yanvar 03
20:16
2016
Platformadakı yanğının söndürülməsi istiqamətində də iş aparılır
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” və "Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.



