FHN-ini məhkəməyə verdilər
Yanvar 09
12:47
2016
"Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsini məhkəməyə verib.
"Report” xəbər verir ki, sığorta şirkəti cinayət işinin rədd edilməsi ilə bağlı toplanmış materialların surətlərinin təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymayıb.
Qərardan narazı qalan "Azsığorta” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.