FHN-in tenderində sənədlər saxtalaşdırılıb – Baş Prokurorluğa müraciət olundu
İyul 05
19:06
2022
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Yeniavaz.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
Qlobal.Az