SON XƏBƏR

FHN-in Kadr siyasəti baş idarəsinin zabiti 200 minə yaxın dələduzluq edib

Sentyabr 21
10:51 2023
Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Murad Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apelllyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. 

İttihama görə, Murad Əsədov 24 dekabr 2012-ci il tarixdən 04 mart 2019-cu il tarixədək Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti işləyib. O, həmin müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Belə ki, təqsirləndirilən şəxs FHN-in xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda əvvəlcədən tanıdığı nazirliyin bir neçə əməkdaşına həmin binalardan mənzillərin verilməsinə kömək edəcəyinə və pensiya məbləğinin artırılmasına dair yalan vədlər verib. Bu yolla o, həmin şəxslərin ümumilikdə 180 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook