SON XƏBƏR

FHN-də rüşvət qalmaqalı böyüyür - VİDEO

İyun 05
23:14 2016
"Bir müddət öncə Göyçay rayon sakini, YAP üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlunun üzləşdiyi problemlərlə bağlı yazı dərc etmişdik.
 
"YAP-çı sahibkar məmurları sıraya düzdü: Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev…” başlıqlı həmin yazıda sahibkarın videomüraciətini də yerləşdirmişdik. Ümumiyyətlə uzun müddətdir Göyçay rayonunda sahibkarla FHN arasındakı qalmaqal haqda yazmışıq. Son yazımızda isə cumhuriyyet.az olaraq Göyçaylı sahibkarın FHN-nin müxtəlif qurumlarda rüşvət söhbətinin anonsun verərək videomaterial dərc etmişdik. "Kəmaləddin Heydərovun adamlarının sahibkardan rüşvət tələbi: Asiman-Elçin ittifaqı” başlıqlı həmin yazıdan və videogörüntülərdən sonra ölkənin "fövqəlnazirliyi”nin müəyyən addımlar atacağını və olaya hüquqi qiymət veriləcəyini gözləyirdik. Amma təəssüf… Min təəssüf adamlar EL üÇÜN malışmaq yerinə yerdən ASİMANadək yalanlara baş vurdular və Qafqazın Elbrus dağlarından da böyük bu yalanların bir ucu həm də bizə ittihamlar olduğundan cumhuruiyyet.az olaraq bu məqama aydınlıq gətirmək borcumuzdur".  

Belə bir yazı ilə cumhuriyyət.az saytı çıxış edib. Yazı müəllifi FHN əməkdaşları tərəfindən sahibkardan rüşvət tələb olunmasına verilən rəsmi cavaba münasibət bildirərəkən iddia edir: 

"Cənablar, bu olayla bağlı ilk gündən cumhuriyyet.az olaraq məsələləri biz gündəmə gətirmişik, sözünüz vardısa mövqe bizim sayta da göndərilə bilərdi və bugünkü yazımızı da dərc etməklə həmin mövqeni işıqlandırardıq. Oğrun-oğrun orda-burda məlumat dərc etdirib təsəlli tapmaqla deyil ki, həqiqəti belə gizlətmək olmaz. Digər bir tərəfdən ortada rüşvət iddiası var. Siz isə "Fövqəladə Hallar Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonu, Potu kəndi ərazisində aparılan qanunsuz tikinti işlərinin nazirliyin aidiyyəti qurumları tərəfindən əsassız şəkildə dayandırılması barədə yayılmış xəbərlərə münasibət bildirib” deyə yazırsız. Adlar var, ittihamlar konkretdi! Buyursun adamlar özləri çıxsın cavab versin! Yoxdu axı cavab. 2×2-nin bir cavabı var... Yox, bu cavab 4 deyil. Bəzi məmurlardan fərqli olaraq bizdə cavablar rəqəmlə deyil sözlə ifadə olunur. Buna görə də alın bu da sizə cavab. 

Biz də qarşı tərəf kimi öz bildiklərimizi yaza bilərdik. Amma ortada olan bir sahibkarın haqq davası və konkret olaraq rüşvət ittihamıdır. FHN öz açıqlamasında işlətdiyi "qanuni tələbləri yerinə yetirmək əvəzinə Göyçay rayon sakini Mayılov Çingiz Sabir oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq adı altında KİV vasitəsilə müxtəlif videogörüntülər yaymaqla öz qanunsuz əməllərinin qanunauyğun olduğunu sübut etməyə çalışıb” cümləsinə cavabı da elə həmin sahibkarın üzərinə buraxırıq. Buyurun dinləyin, cənablar:
 

Bu da bəs etmədimi? Elə isə  Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimin sahibkarla qalmaqallı söhbətindən videogörüntülərin birinci hissəsini diqqətinizə çatdırırıq:


 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook