Fəzail Ağamalı vəfat etdi
Fevral 09
23:09
2026
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Bu barədə onun yaxınları məlumat veriblər.
O, 78 yaşında Türkiyədə dünyasını dəyişib.
Mərhum siyasətçinin nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.
Xatırladaq ki, F.Ağamalı Milli Məclisin 6 çağırış üzvü olub. Qızı Günay Ağamalı Milli Məclisə VII çağırış deputat seçilib. Hazırda Ana Vətən Partiyasının sədridir.



