Fəzada yaşaya bilən bakteriyalar aşkar edildi
Avqust 27
09:51
2020
Bəzi canlıların fəzada hərəkət edərək diri qalmalarını irəli sürən Panspermia nəzəriyyəsi təcrübə yolu ilə təsdiqlənib.
Yaponiyanın Tokio Farmakologiya və Həyat Elmləri Universitetində doktor Akihiko Yamaqişinin rəhbərliyi ilə tədqiqatçılar qrupu hələ 2018-ci ildə atmosferdə 12 km yüksəklikdə aşkarladıqları "Pharmacy" bakteriyalarının ultrabənövşəyi şualara dayanıqlı olduqlarını nəzərə alaraq fəzada da yaşaya bilib-bilmədiyini öyrənməyə qərar veriblər.
Üç ildən sonra 0,5 mm-dən qalın təbəqələrdəki bakteriyaların fəza şəraitində həyatda qaldıqları məlum olub. Belə ki, təbəqənin üst qatındakı bakteriyaların məhv olaraq qalanlarını qoruyan xüsusi mühafizə qatı əmələ gətirdikləri məlum olub. Aparılan təhlillər 0,5 mm-dən qalın olan təbəqənin içərisində bakteriyaların fəza şəraitində belə 15-45 il ərzində yaşaya bildiyi qənaətinə gəlməyə əsas verib.



